27 Fevral 2019 00:30
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Nahidə Orucova Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı keçirilən yürüşə qatılıb.

Teleqraf.com xəbər verir ki, aktrisa yürüş zamanı gülə-gülə selfi çəkdirib. Sosial mediada ünvanına yazılan tənqidlərdən sonra Orucova İnstaqram hesabında açıqlama yayıb və bu sözləri deyib:

"Bu gün yürüşlə bağlı şəkillər paylaşdım. Mənə nalayiq, şərəf və ləyaqətimi pozan şərhlər yazanlara cavab vermək istəyirəm. Bununla onlar heç nəyə nail olmayacaqlar. Elə nalayiq şərh yazanları Allah tapşırıram.

Səhərdən əsəb keçirirəm. İşinin peşəkarı olmayan İnstaqramda səhifə açıb özünə jurnalist deyənlərə səslənirəm. O yürüşdə hər kəs şəkil çəkdirib paylaşırdı. Amma mən bir şeyi başa düşə bilmədim: nə etmişəm axı? Nə qəbahət iş görmüşəm ki, qınaq obyektinə çevrilib? Şəxsiyyətimə qara yaxırlar. Ayıbdır, ucuz reytinqdən əl çəkin!

İnsan həyatı oyuncaq deyil. Mən Nahidə Orucova olmağımı xalqıma və dövlətimə öz işimlə göstərmişəm. Xalqımın, dövlətimin sevgisini qazanmışam ki, bu gün də Respublikanın əməkdar artisti adını şərəflə və hörmətlə daşıyıram".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər