Azərbaycan Prezidenti İlham Əliyev Şimali Qafqaz müsəlmanları Əlaqələndirmə Mərkəzinin sədri, Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncama əsasən, Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Berdiyev İsmayıl Aliyeviç “Dostluq” ordeni ilə təltif olunub.
Qeyd edək ki, İsmayıl Berdiyevin 65 yaşı tamam olur.