1 Mart 2019 17:22
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fiziki şəxslərin problemli kreditləri ilə bağlı məsələdə təklif var idi ki, borc yükünün bir hissəsini dövlət, bir hissəsini banklar, bir hissəsini isə vətəndaşların üzərinə qoyulsun. Hətta 1-ci devalvasiyanın nəticələrinin nəzərə alınmaması, 2-ci və daha böyük həcmdə devalvasiyanın nəticələrinin nəzərə alınması təklif edilirdi”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Real TV-də bildirib:

“Bununla belə, Prezident İlham Əliyev bildirdi ki, dövlət borc yükünü tam üzərinə götürməlidir, nəinki əhalinin, heç vaxt sektorunun da üzərinə yük düşməməlidir. Təbii ki, bunun üçün maliyyə vəsaiti lazımdır, lakin dövlət başçısı dedi ki, problemli kreditlər məsələsində maliyyə önəmli deyil.

Yəni bu problemə maliyyə baxımından yanaşsaq, bu, sosial deyil, iqtisadi layihə olur. Sosial ədalət prinsipi tam şəkildə reallaşmalıdır”.

Elman Rüstəmov qeyd edib ki, Azərbaycanda fiziki şəxslərin problemli kreditləri ilə bağlı məsələsinin həll edilməsi həm də ölkənin bank sektorunda dəstəkdir, sektor prezidentin son fərmanından ikiqat qazanacaq:

“Bir tərəfdən banklar sağlamlaşacaq, xüsusilə kapital baxımından ciddi dəstək alacaqlar, aktivlərindəki problemli hissəsini azaldacaqlar, digər tərəfdən onlar uzunmüddətli kreditləşmə üçün ucuz maliyyə resursları əldə edəcəklər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər