1 Sentyabr 2014 10:45
1 858
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsi günüdür.

Teleqraf.com modern.az-a istinadən xəbər verir ki, Azərbaycanın ilk univeristeti olan və flaqman adlanan BDU 1919-cu il sentyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) parlamentinin qərarı ilə yaradılıb.

Universitet tədrisinə 2 fakültə – tarix-filologiya, tibb fakültələri və 1094 tələbə ilə başlayıb. Universitetin ilk rektoru Qazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski olub. AXC-nin süqutundan sonra universitetin adı Kirov adına Azərbaycan Dövlət Universiteti (1920-1991) olaraq dəyişdirilib. 1930-cu ildə Xalq Komissarlar Sovetinin qərarı ilə yenidən qurulma (reorqanizasiya) adı ilə universitet ləğv edildi və onun bazasında Ali Pedaqoji İnstitut yaradıldı. Ancaq 1934-cü ildə Dövlət Universiteti yenidən işə başlayıb. Müstəqillik qazandıqdan sonra universitetin adı yenidən dəyişdirilir -M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti adlandırılan təhsil ocağı (1991-1999). 1999-cu ildən bugünə kimi isə universitet Bakı Dövlət Universiteti adlandırılır. Prezident Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli fərmanı ilə universitetə özünüidarə (muxtariyyət) statusu verilib. həmin vaxtdan universitet fəaliyyətini öz nizamnaməsinə əsasən həyata keçirir.

Hazırda universitetə akademik, millət vəkili Abel Məhərrəmov rektorluq edir. BDU-nun 16 fakültəsində müxtəlif elmi istiqamətlərdə bakalavr pilləsində 55 ixtisas, magistratura pilləsində isə 153 ixtisaslaşma üzrə 18000-ə yaxın tələbə təhsil alır.


Müəllif:

Oxşar xəbərlər