Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Siyasi Şura üzvü Nəsimi Şərəfxanlını üzvlükdən xaric edib.
Teleqraf.com-un modern.az-a istinadən məlumatına görə, xaric edilmənin ehtimal olunan səbəbi N. Şərəfxanlının qəzetçi fəaliyyətidir. Belə ki, keçmiş Siyasi Şura üzvü “Yeni Cümhuriyyət” qəzetinin baş redaktorudur.
VHP-dəki mənbələr N.Şərəfxanlının qəzetçilik fəaliyyəti ilə partiya prinsiplərinin üst-üstə düşmədiyini vurğulayırlar.