5 Mart 2019 14:06
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəxrəddin Abbasov Azərbaycana ekstradisiya olunub. Amma çox istədik ki, onun boynu əyilmiş vəziyyətdə həbsxanaya aparılması görüntüləri yayılsın. Vətənə etdiyi xəyanətə görə layiqli cavabını alacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Millət vəkili əlavə edib ki, ombudsmanın illik hesabatında 63 təklif irəli sürülüb: “Ancaq hesabatda bu təkliflərin neçəsinin hökumət tərəfindən qəbul edildiyi, neçəsinin qəbul edilmədiyi haqda məlumat yoxdur. Hesab edirəm ki, növbəti hesabatlarda bu məqam da qeyd edilməlidir. Çünki bu təkliflərin böyük hissəsi çox əhəmiyyətlidir. Deputatlar bilməlidir ki, hansı təkliflər qəbul edilməyib. Çünki hökumətin hesabatı vaxtı bu məsələni də qaldıra bilərik”.

Q. Həsənquliyev ombudsmanın məhkəmələr haqqında qaldırdığı məsələyə əlavə olaraq deyib ki, məhkəmədə mülki işlərin uzanması narahatlıq yaradır: “Mən bu məsələni bir dəfə də qaldırmışam. Bəzilərinin əmlak, mənzil məsələləri olur. İnsanlar bundan ciddi əziyyət çəkirlər. Əgər birinci instansiya məhkəməsi səhv edibsə, bu səhvi apelyasiya instansiyası aradan qaldırmalıdır. Bəzən kasassiya şikayəti yenidən birinci instansiya məhkəməsinə qaytarılır və araşdırılması istənilir. Ancaq hesab edirəm ki, Ali Məhkəmə səviyyəsində bu məsələ öz həllini tapmalıdır”.

Q. Həsənquliyev daha sonra qeyd edib ki, tikinti şirkətlərinin bir mənzili bir neçə nəfərə satması praktikası var: “Hesab edirəm ki, bu da ciddi problemdir. Düşünürəm ki, tikinti şirkətlərinə notariat qaydada rəsmiləşdirilmədən mənzil satışı qadağan edilməlidir”.


Müəllif: Cavad

Oxşar xəbərlər