Ombudsmanın illik məruzəsi yüksək diqqətə layiqdir. Hesabat Azərbaycanda Ombudsmanın fəaliytyəti haqqında əyani təsəvvür yaradır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli deyib.
O, maarifliçik sahəsində Ombudsman institutunun keçirdiyi tədbirləri "mühüm hadisə" kimi qiymətləndirib:
“Mən hesabatda bu qurumun beynəlxalq səviyyədə apardığı fəaliyyəti ayrıca qeyd etməyi lazım bilirəm. Bu fəaliyyət müxalif düşərgədə insan hüquqlarını alverə çevirənlərə ciddi cavabdır.
Hesabatda təhsil sahəsində aparılan işlər haqqında verilən informasiyanı bu sahədə ölkədə həyata keçirilən siyasətin reallığını əks etdirən təqdimat kimi qiymətləndirirəm. Görünür ki, Elmira xanım və komandası ölkədə gedən proseslərin içindədir və özləri də əlindən gələni edirlər”.
Bununla belə akademik illik məruzədə qəbul imtahanlarının yekun qiymətləndirirlməsinin nəticələri haqda ifadə olunan narahatlığa aydınlıq gətirmək istədiyini bildirib:
“Narahatlığın səbəbi orta məktəbləri bitirən şagirdlərin birinci sinfdə oxuyarkən, fənn kurikulumlarından gələn mürəkkəbliklə bağlıdır. Biz Elm və təhsil komitəsində bununla bağlı müzakirələr apardıq. Bu müzakirələrdə Təhsil Nazirliyinin nümayəndələri də iştirak etdi. Biz yeni fənn kurikulumlarının aparılmasını məqsədəuyğun hesab etdik. Hesab edirəm ki, təkmilləşdirilən yeni fənn kurikulumları tətbiq ediləcək və narahatlıq aradan qalxacaq. Qeyd edim ki, Tələbə İmtahan Mərkəzi də sualları tərtib edərkən, fənn kurikulumlarında mürəkkəbliyi nəzərə alıb. Açıq və qapalı suallar şagirdlərin qavradığı şəkildə tətbiq edilib”.