6 Mart 2019 10:38
409
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2018-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4%, o cümlədən qeyri-neft sektoru 2% böyüyüb”.

Bunu Bakıda keçirilən “İqtisadiyyatın Şaxələndirilməsi - Özəl Sektorun Rolu üzrə Yüksək Səviyyəli Forum”da baş nazirin müavini Əli Əhmədov bildirib.

“Azərbaycan iqtisadiyyatının saxələndirilməsi, onun neftdən asılılığının azaldılması ilə bağlı işlər nəticə verməkdədir”, - deyə o, əlavə edib.

Qeyd edək ki, forum Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembonun iştirakı ilə keçirilir. Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, Azərbaycan indiyə qədər Dünya Bankı ilə birlikdə 50-dən çox layihə reallaşdırıb. Bu layihələrə 4 mlrd. ABŞ dollarından çox vəsait yönəldilib./Report/


Müəllif: Teleqraf.com