1 Sentyabr 2014 18:22
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan prezidenti İlham Əliyev Donald Tusku Avropa İttifaqı Şurasının prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib.


Teleqraf.com-un məlumatına görə, dövlət başçısının məktubunda deyilir:


“Hörmətli cənab baş nazir, Avropa İttifaqı Şurasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm. Biz Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərə və hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət veririk. “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əlaqələrimizin gündən-günə genişlənməsi məmnunluq doğurur.

İnanıram ki, Azərbaycanın Avropa İttifaqının bütün strukturları ilə əməkdaşlığının genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.


Müəllif:

Oxşar xəbərlər