15 Mart 2019 13:19
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Beynəlxalq Dəniz Limanı tranzit məkan kimi Azərbaycanın beynəlxalq aləmdə mövqeyini və imicini gücləndiriləcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın Baş naziri Novruz Məmmədov Milli Məclisdə çıxışı zamanı deyib.

Novruz Məmmədov əlavə edib ki, Xəzər Dəniz Gəmiçiliyində 500 tondan artıq yük tutan 260 gəmi var. Onun sözlərinə görə, hesabat ilində dəniz yükdaşıma və nəqliyyat parkının genişləndirilməsi nəzərdə tutulub. O cümlədən 50 yük avtomobilli gəminin tikintisi nəzərdə tutulur.

Baş nazir əlavə edib ki, Azərbaycan təyyarə parkını da genişləndirir və iki hava nəqliyyat vasitəsi alınıb. O cümlədən Bakı Metropoliteninin “Sahil” metrosu təmir edilib və yeni metro stansiyalarının tikintisi aparılır.

Baş nazir sahibkarlara yaradılan şərait haqqında da danışıb. O, dövlət-sahibkarlıq münasibətlərinin inkişaf etdiyini bildirib. Novruz Məmmədov deyib ki, ölkədə əlverişli rəqabət mühiti yaradılıb, sahibkarlıqla bağlı elektron xidmətlərin sayı çoxaldılıb, görülən işlərin nəticəsində sahibkarlığın özəl sektorda ümumi daxili məhsulun payı artıb:

“Dünya Bankı tərəfindən hazırlanan hesabatda Azərbaycan MDB məkanında lider səviyyəyə yüksəlib. Dünyanın ən islahatçı 10 ölkəsi siyahısına daxil edilmişik”.

Baş nazir əlavə edib ki, hesabat ilində dövlət kənd təsərrüfatı sahəsinə xüsusi diqqət ayırıb, o cümlədən bu sahəyə supsidiyalar verilib, ixrac missiyaları dətəklənib: “Böyük, orta və kiçik sahibkarlıq subyektləri müəyyən edilib, onların su və qaz xətlərinə qoşulması proseduru sadələşdirilib. Həmçinin Sahibkarlıq Fondunun vasitəsilə 160 milyon manat kredit verilib”.

Keçən il Silahlı Qüvvələrin ən yeni hərbi texnika, o cümlədən, yüksək dəqiqliliyə malik raket sistemləri, pilotsuz uçan aparatlar, radioelektron qurğularla təchiz edilməsi diqqət mərkəzində olub. Silahlı Qüvvələrin keçən il Naxçıvanda keçirdiyi uğurlu əməliyyatı nəticəsində Günnüt yaşayış məntəqəsi işğaldan azad edilib.

Baş nazir ələvə edib ki, ötən il Azərbaycanın müdafiə sənayesi müəssisələrində 1200 növ və 250 milyon manat dəyərində məhsul istehsal edilərək, sifarişçilərə çatdırılıb. Bu müəssisələrdə istehsal olunun120 milyon manatlıq məhsul ixrac edilib.

Novruz Məmmədov qeyd edib ki, keçən il cəmimyyətin müxtəlif təbəqələri tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 8,4 milyon manat pul köçürülüb, Fonddakı vəsaitlərin ümumi həcmi 96,8 milyon manata çatıb.

Baş nazir vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təmin edilməsi, habelə şəxsi heyətin döyüş əhvalının hansı səviyyədə olduğu 2018-ci ildə Bakıda keçirilən iki hərbi paradda nümayiş etdirilib.


Müəllif: Cavad

Oxşar xəbərlər