2 Sentyabr 2014 10:55
1 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Mariupol şəhərində NATO döyüşçülərinə yardım göndərilib.

Teleqraf.com-un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna təhlükəsizlik şurasının informasiya mərkəzinin nümayəndəsi Andrey Lısenko məlumat yayıb.

O bildirib ki, bu yardım Rusiya qoşunlarının mümkün ola biləcək bütün hücumlarının qarşısını ala biləcək.

Bu arada Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko ukraynalı əsgərlərin Saur-Moqile və Donetsk vilayətinin Amvposiyevkesində darmadağın edildiyini bildirib.

Samir


Müəllif: