20 Mart 2019 15:42
1 629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramı Güney Azərbaycan şəhərlərində də kütləvilik və geniş coşqu ilə qeyd edilir.

Teleqraf.com xəbər verir ki, mərasimlərin keçirildiyi yerlərdən biri Təbriz bazarı olub.

Bu məkanda martın 19-da “Təkəm gəzdirmə”, aşıq musiqisi, Azərbaycanın qədim oyunları və ilaxır çərşənbə ilə bağlı mərasimlər nümayiş etdirilib.

Tədbirlərin keçirilməsində məqsəd yerli mədəniyyət və adət-ənənələri qoruyub saxlamaqdır. Oxşar mərasimlər Güney Azərbaycanın digər şəhərlərində də keçirilir.

Novruz bayramı Azərbaycanın adət-ənənələrini, milli ruhunu özündə əks etdirən ən gözəl el şənliyi sayılır. Bu bayram azərbaycanlılar tərəfindən böyük sevinclə qarşılanır. Güneydə yaşayan azərbaycanlılar da bu mənada istisna deyillər.


Müəllif: Səxavət

Oxşar xəbərlər