2 Sentyabr 2014 13:09
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Telefon Rabitəsi İstehsalat Birliyində “Bakinternet” internet xidmətinin mövcud provayder platformasının genişləndirilməsi işlərinə başlanılıb. Bu barədə birliyin baş mütəxəssisi Elman Qədirov məlumat verib. Onun sözlərinə görə, yeni platforma istifadəyə veriləndən sonra Bakı şəhərində internet resurslarına çıxış daha sürətli və yüksək keyfiyyətlə təmin ediləcək. Ən böyük yüklənmə saatında eyni vaxtda onlayn rejimində şəbəkəyə qoşulan abunəçilərin sayının 250 minə çatdırılması nəzərdə tutulur.

Teleqraf.com Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, rəsmi saytına istinadən xəbər verir ki, yeni platforma alternativliyi təmin edilməklə 100 Gbit/s-ə qədər informasiya daşınması sürətinə malik olacaq. Platforma avadanlıqları bu sahə üzrə çox böyük təcrübəyə malik, dünyada qabaqcıl yeri tutan İT şirkətin istehsalıdır.
Hazırda “Bakinternet” abunəçilərinin sayı 160 min nəfərdən, digər provayderlər üzrə isə 100 min nəfərdən çoxdur.

İlhamə


Müəllif:

Oxşar xəbərlər