2 Sentyabr 2014 13:57
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidenti İlham Əliyev Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayerin, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrentsin, “Almaniya-İsrail Cəmiyyəti”nin sədri Raynold Robbenin, Alman-Azərbaycan Forumunun baş katibi, keçmiş dövlət katibi Mixael Andreas Butsun və “Almaniya İqtisadiyyatının Şərq Komitəsi”nin icraçı direktoru Rayner Lintnerin daxil olduğu Almaniya nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycanla Almaniya arasında fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq infrastruktur, müxtəlif investisiya layihələrində alman şirkətlərinin iştirakı üçün yaxşı imkanların olduğunu bildirib. Prezident İlham Əliyev Almaniyaya səfəri zamanı orada keçirilən biznes forumun əhəmiyyətini qeyd edib. Alman-Azərbaycan Forumunun fəaliyyətini yüksək qiymətləndirən dövlətimizin başçısı bu forumun Azərbaycan həqiqətləri və ölkəmizdə əldə olunan nailiyyətlər barədə Almaniya ictimaiyyətinin daha çox məlumat əldə etməsi baxımından önəmli olduğunu bildirib.

Azərbaycan Prezidenti ilə yenidən görüşündən böyük məmnunluq hissi keçirdiyini bildirən Hans-Eberhard Şlayer ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb. O, ölkəmizə nüfuzlu siyasətçilərdən və sahibkarlardan ibarət nümayəndə heyəti ilə səfər etdiklərini qeyd edib.

Görüşdə Almaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, sərmayə qoyuluşu, infrastruktur və digər sahələrdə daha da inkişaf etdirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, regionda və dünyada gedən proseslərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər