Türkiyənin Manisa vilayətinin Soma şəhərindəki kömür mədənində qəza baş verib.
Bu barədə Teleqraf.com trend-ə istinadən məlumat verir.
İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb.
Hazırda xilasetmə işləri aparılır.
Xatırladaq ki, mayın 13-də Soma şəhərindəki kömür mədənində baş vermiş partlayış nəticəsində 301 nəfər ölmüş, 486 nəfər isə xəsarət almışdı.