25 Mart 2019 12:44
1 282
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yerevanda bir qrup əsgər anası etiraz aksiyası keçirib.

Teleqraf.com-un erməni KİV-lərinə istinadla verdiyi məlumata görə, Ermənistanın Mehri şəhərində hərbi xidmətdə olan əsgərlərdən birinin anası oğlundan bir neçə gün xəbər ala bilmədiyini deyib.

Daha sonra onun Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə göndərildiyi məlum olub.

Valideynlər bildirib ki, Mehridə 20-yə yaxın əsgər zabitlərdən birinə etiraz olaraq hərbi hissəni tərk edib. Daha sonra geri qayıdan əsgərlərin bir hissəsini Dağlıq Qarabağda cəbhə xəttinə göndəriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər