2 Sentyabr 2014 16:31
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərində təşkil olunan Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumunun (AGF) idarə heyətinin iclası başa çatıb.

Teleqraf.com-un məlumatına görə, tədbirdə Avropa Gənclər Forumunun prezidenti Piter Matyaşiç, təşkilatın baş katibi vəzifəsinə yeni seçilmiş Allan Pall, idarə heyətinin üzvləri və katibliyinin yüksək dərəcəli nümayəndələri iştirak edib.

İdarə heyətinin iclası zamanı Avropa Gənclər Forumunun rüb üzrə fəaliyyət hesabatı dinlənilib. Hesabat dövrü ərzində Foruma daxil olan yerli və beynəlxalq təşkilatlarla əməkdaşlıq, Forumun strategiyası çərçivəsində həyata keçirilən fəaliyyət və əldə olunmuş nailiyyətlər haqqında məlumat verilib. Hesabat dövrü üçün maliyyə hesabatı təqdim olunub. İdarə heyətinin iclasının gündəliyində duran əsas məsələlərdən biri də Avropa qitəsinə daxil olan ölkələrdə gənclərlə bağlı fəaliyyət istiqamətlərinin müəyyən edilməsi olub.

Tədbir çərçivəsində həmçinin ARGTMŞ-nın rəhbərliyi və Avropa Gənclər Forumunun idarə heyəti arasında görüş keçirilib. Avropa Gənclər Forumunun prezidenti Piter Matyaşiç çıxış edərək, ARGTMŞ-a tədbirə ev sahibliyi etdiyi üçün təşəkkür edib.

ARGTMŞ-nın sədri Şahin Seyidzadə iclas iştirakçılarına Azərbaycanda gənclərlə bağlı görülən işlər, Azərbaycanın gənclər siyasəti, Azərbaycan höküməti və BMT tərəfindən təşkil olunacaq “Gənclər Siyasəti üzrə 1-ci Qlobal Forum” haqqında məlumat verib və gələcəkdə də ARGTMŞ-nın bu tipli tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb.

Daha sonra şuranın baş katibi Seymur Hüseynov tərəfindən iştirakçılara ARGTMŞ-nın yerli və beynəlxalq səviyyədə fəaliyyəti haqqında məlumat verilib və iştirakçıların sualları cavablandırılıb.

Avropa Gənclər Forumunun vitse-prezidenti İlloyd Russell-Moyle çıxışı zamanı ARGTMŞ-nın Afrika, Asiya və Latın Amerikası ölkələri ilə əməkdaşlığını yüksək qiymətləndirib və bu işin daha da dərinləşməsi üçün dəstək göstərməyə hazır olduqlarını bildirib.

Məlumat üçün qeyd edək ki, 2015-ci ilin payızında Avropa Gənclər Forumununa daxil olan 99 yerli və beynəlxalq təşkilatların nümayəndələrindən ibarət 300 nəfər gəncin iştirakı ilə keçiriləcək. olan Avropa Gənclər Forumu üzvlərinin toplantısının Azərbaycanda təşkil olunması planlaşdırılır.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər