28 Mart 2019 17:14
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət naziri Əbülfəs Qarayevin YUNESKO-da görüşləri çərçivəsində Azərbaycan Hökuməti ilə YUNESKO arasında 2019-cu ilin 30 iyun-10 iyul tarixində Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkil edilməsi ilə bağlı müqavilə imzalanmışdır. Müqaviləni Azərbaycan Hökuməti tərəfdən nazir Əbülfəs Qarayev, YUNESKO tərəfdən isə baş direktorun müavini Ernesto Ottone Ramirez imzalamışdır.

Teleqraf.com xəbər verir ki, sənəddə tədbirin təşkili ilə bağlı həm Azərbaycanın, həm də YUNESKO-nun vəzifə öhdəlikləri əks olunmuşdur. Bununla yanaşı, müqavilədə Komitədən əvvəl keçiriləcək Gənc Peşəkarlar Forumu və Abidə M/enecerlərinin Forumunun təşkili ilə bağlı məsələlər gostərilmişdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər