İraq ordusunun Əl Anbar vilayətinin Felluce rayonunda keçirdiyi əməliyyatlar nəticəsində İraq-Şam İslam Dövlətinin (İŞİD) 73 döyüşçüsü öldürülüb.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı General-polkovnik Rəşid Felih verib. O bildirib ki, Fellucenin cənubu və şərqində terrorçuların olduğu bir çox nöqtənlər toplardan atəşə tutulub. Nəticədə terrorçular ağır itki verib.
İraq ordusunun əməliyyatına ABŞ da havadan dəstək verib. ABŞ-a məxsus döyüş təyyarələri da Er-Ramadi şəhərinin Hadisə rayonundakı İŞİD üzvlərini hədəfə alıb. Hücumda terror təşkilatının 8 üzvü öldürülüb, 10-u yaralanıb.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.