29 Mart 2019 13:25
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Baş naziri Novruz Məmmədov Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması barədə sərəncam imzalayıb.

Teleqraf.com-un məlumatına görə, sərəncama əsasən, Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar aşağıdakı tərkibdə Komissiya yaradılır:

Komissiyanın sədri
Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının vergilər naziri
Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri
Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri
Zakir Qaralov – Azərbaycan Respublikasının Baş prokuroru
Səfər Mehdiyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Arif Qasımov – Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı

Komissiyaya tapşırılsın ki, hadisənin səbəblərini və hadisə nəticəsində dəymiş maddi ziyanı tam araşdırıb yekun rəyi Nazirlər Kabinetinə təqdim etsin.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər