“Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı prezidentlərin növbəti görüşü baş tutarsa bu, müsbət haldır”.
Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.
R.Musabəyov bildirib ki, amma bu görüşdən hər hansı sıçrayış gözlənilməsi çətin məsələdir. Onun sözlərinə görə, işğalçı Ermənistan nəticə əldə edilməməsi üçün hər cür təxribatlara əl atır.
“Qarşıdan NATO-nun tədbiri gəlir. Lakin Ermənistan prezidenti Serj Sərkisyan Uelsə getməyə də bilər. Çünki Sərkisyan bundan öncə NATO-nun Lissabon və Çikaqo sammitlərində də iştirak etməkdən imtina edib. Buna səbəb isə NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi olub” – deyə, politoloq qeyd edib.
Səxavət
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müracət edəcəyik.