1 Aprel 2019 20:14
2 710
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir əclaf nəsə edir, deyirlər, Mələkxanımın qohumudur. Məni xalqın qarşısında görün nə hala saldılar?! Bir şey olmamış Mələkxanımın adı çəkilir. Belə olmaz axı!”.

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Mələkxanım Əyyubova xəbərçi.az-a açıqlamasında deyib.

O, qardaşı oğlu Valeh İsrafilovun çılpaq videosu yayılan 3 qızı Cahid adlı şəxslə tanış etməsi hadisəsindən danışarkən əsəblərini cilovlaya bilməyib:

"Öldü onlar mənim üçün. Yoxdurlar artıq. Qardaşımı, bacımı demirəm, amma balaları yoxdur mənim üçün. Ölsələr də, heç nə etməyəcəm. Soruşsalar, ay Mələkxanım, qardaşın oğlu, bacın oğlu niyə öldü? Deyəcəm mənlik deyil. Söz var ev arasında, söz də var el arasında. Mən onlara deyirdim elə edin ki mənim adıma ləkə gəlməsin. Özləri də deyirdilər, ay bibi, biz elə şey etmərik. Ayıbdır axı, mənim adımı niyə hallandırırsız? Mələkxanım neyləməlidir? Özümü öldürüm? Gedin ata-anasından soruşun. Bitdi onlar mənim üçün. Bəsdir. 38 ildir xalqıma xidmət edirəm. Bu neçə ildə ailəm, övladlarım, sənətim haqda nəsə mənfi bir fikir çıxıb? Yox! Bacımın, qardaşımın balalarına həmişə əl tutdum, onları oxutdurdum, əllərini çörəyə çatdırdım. Qarşılığında onlar nə ediblər? Heç nə. Heç ummuram da. Bacımın, qardaşımın övladları ilə illərdir əlaqəm yoxdur. Onları bundan əvvəl də silmişdim, indi isə birdəfəlik sildim”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər