Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. İlham Əliyev martın 29-da Vyanada Ermənistan baş naziri Nikol Paşinla Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı keçirilən görüş barədə fikirlərini bölüşüb”, - məlumatda qeyd olunub.