3 Aprel 2019 16:17
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Global Firepower” beynəlxalq agentliyi dünya ölkələrinin hərbi gücləri üzrə reytinq cədvəlini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, nəticələrə əsasən Azərbaycan 52-ci, Ermənistan 96-cı yerdədir.

BDU-nun Erməni Araşdırmaları Mərkəzinin rəhbəri İsmayıl Tanrıverdi qeyd edib ki, reytinq cədvəli müəyyənləşərkən əsasən 55 faktor nəzərə alınıb: “Azərbaycan yüksək tərəqqi əldə edərək 0,7791 balla 52-ci yerdədir. Faktorlar üzrə Ermənistanda keçən illə müqayisədə azalma müşahidə olunub və hazırda Ermənistan 1,6888 bal ilə 96-cı yerdədir.

Region ölkələrinə gəldikdə isə Türkiyə liderdir və 0,2089 balla dünyada 9-cudur. Qonşu İran 0,2606 bal ilə 14-cü yerdə qərarlaşıb. Gürcüstan isə 1,4098 bal ilə 85-ci yerdədir”.

Dünya üzrə ilk onluğa düşənlər ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, Yaponiya, Cənubi Koreya, Böyük Britaniya, Türkiyə və Almaniyadır.

Ən son yerləri Surinam, Liberiya və Butan ölkələri tutub.


Müəllif: Nərgiz

Oxşar xəbərlər