“2016-cı il aprel döyüşləri çağdaş tariximizdə ən əhəmiyyətli səhifələrdən biri olmaqla yanaşı, ölkəmizin qətiyyətini, mübarizə ruhunu bütün dünyaya nümayiş etdirdi. Aprel döyüşlərinin siyasi-hərbi nəticələri Qarabağ nizamlanmasında, bu prosesə baxışda həm Azərbaycan cəmiyyətində, həm də beynəlxalq miqyasda ciddi dəyişikliklər yaranmasını şərtləndirdi”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.
Ekspertin fikrincə, 4 günlük müharibənin ortaya çıxardığı bir sıra nəticələri və dərsləri var:
“Birincisi, Qarabağ nizamlanması üzrə danışıqlar dalana dirənmişdi və Azərbaycanın status-kvonun dəyişməsməsinə nail olmaq üçün qətiyyətli addımlar atmasına ehtiyac yaranmışdı. Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşü və bundan əvvəlki danışıqlar prosesi nümayiş etdirmişdi ki, vasitəçilər tərəfindən Ermənistanın de-fakto qalib tərəf kimi görülməsi və bu mövqedən çıxış edərək, daha çox öz maraqlarını təmin etməyə yönələn həll variantlarını qəbul etdirməyə çalışması yanaşması dəyişməlidir. Azərbaycan bunun belə olmadığı və müharibənin bitmədiyini real olaraq nümayiş etdirməliyidi.
İkincisi, Azərbaycan illərdir davam edən hərbi ritorikanın günün birində reallığa çevirə bilmək iradəsinə və gücünüə malik olduğunu göstərməliydi. Rəsmi Bakı münaqişənin tamam geriyədönməz şəkildə “soyumadığını” diqqətə çatdırmalıydı. Ermənistana cəmiyyətinə və elitasına mifləşdirilmiş “Ohanyan səddi” və vasitəçilərin “sülhün alternativi yoxdur” bəyanatlarının arxasında daim təhlükəsiz şəkildə gizlənməyin mümkün olmayacağı mesajı verilməliydi.
Üçüncüsü, modern silaharla təchiz olunan, hazırlığını gücləndirən Azərbaycan orsusu formada olduğunu göstərməli, gücünü nümayiş etdirməliydi. Azərbaycan ordusu döyüş ruhunu, hərbçilərin fədakarlığını göstərməliydi. Ordu öz imtahanını verməliydi”.
Zaur İbrahimli qeyd edib ki, aprel döyüşləri Ermənistan cəmiyyətində Qarabağ nizamlanmasının perspektivi ilə bağlı ciddi düşünmək, keçilən yolu sərf-nəzər etmək və müharibə təhlükəsinin real olduğunu anlamağa kömək etdi:
“Dördüncüsü, bu döyüşlər Ermənistan cəmiyyətinə Qarabağ müharibəsinin davam etdiyini xatırlatdı və yeni mstəvidə müzakirələrə təkan verdi. Aprel döyüşləri Ermənistan cəmiyətində Qarabağ klanının siyasi istebleşmentdə hakim mövqeyini darmadağın etdi. Qarabağ klanının yaratdığı mifləri dağıtdı. Eyni zamanda Azərbaycanı 90-cı illərdə olduğu kimi informasiya blokadasında saxlamaq, təkləməyin mümkün olmayacağını göstərdi. Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğalı faktının dünyada qəbul edildiyini nümayiş etdirdi. Erməni cəmiyyəti “Qarabağ klanı”nın Ermənistanın hərbi planda məğlubedilməzliyi miflərini dağıtdı.
Hərbi planda Azərbaycan ordusunun gücünü görməyə imkan verdi. Aprel döyüşlərindən sonra Ermənistan ordusunda təchizat, rabitə və kəşfiyyat xidmətlərinə cavabdeh generallar istefaya göndərildi. “Kommersant” qəzeti qeyd edirdi ki, Ermənistan Xankəndində hospital üçün Moskvadan təcili sarğı materialları belə istəmək məcburiyyətində qalmışdı. O günlərin kadrları ermənilərin vahiməsini, erməni cəmiyyətindki ab-havanı aydın təsəvvür etməyə imkan verir. Döyüşlərdən sonra İrəvana səfər edən Rusiya Baş naziri Dmitri Medvedyevə şikayətlər də ermənilərin gerçək durumundan xəbər verirdi. Təbğilat, PR-ı bir kənara qoyub diqqətlə analiz etdikdə Ermənistanda gerçəkdən “Aprel sindromu” yarandığının fərqinə varmaq olar. ATƏT-in təcili iclası, Erməsnitanın Dağlıq Qarabağın tanınması ilə bağlı qanun layihəsinin parlamentə təqdim olunması və digər hadisələr Azərbaycanın alternativ yola əla tacağı təqdirdə bütün maraqlı tərəflər üçün hansı təhdidlər yaranacağını göstərdi.
Beşincisi, Azərbaycan aprel əməliyyatları ilə bütün qonşularına da mesaj verdi”.
Politoloq bildirib ki, digər yandan Azərbaycan cəmiyyəti bu döyüşlərlə torpaqların itirilməsi ilə heç bir halda və şərtlərə barışmayacağını anlatdı:
“Hərbçilərimizin cəcurluğu, rəşadəti də cəmiyyətdəki mübarizə ruhunu təcəssüm etdirdi. Azərbaycan xalqı birlik və bərabərlik, vəhdət nümayiş etdirdi.
Yeddincisi, aprel döyüşlərindəki səhvlər də bir ibrətdir və genişmiqyaslı hərbi əməliyyatlar planlaşdırılması, keçirilməsi üçün lazımı təcrübə əldə etməyə, səhvləri görməyə imkan verdi. Hər şeyə rəğmən, Azərbaycan əsgəri döyüşmək istədiyini, mübarizə ruhunu və vuruşmağı bacardığını göstərdi. Ən vacibi isə budur”.