7 Aprel 2019 15:45
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıdakı Veloparkda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə Dünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil, çox həyat” devizi altında veloyürüş keçirilib.

Teleqraf.com-un məlumatına görə, veloyürüş Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin və Dünya Səhiyyə Təşkilatının təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə təşkil olunub.

Məqsədi insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etmək olan veloyürüşdə Gənclər və İdman Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Bakı Nəqliyyat Agentliyinin, SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin nümayəndələri, Dövlət İdarəçilik Akademiyasının və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri iştirak ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər