9 Aprel 2019 12:21
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, iclasda Hesablama Palatasının hesabatı müzakirə edilib.

Palatanın sədri Vüqar Gülməmmədov deyib ki, 2018-ci il Azərbaycan üçün əlamətdar olub: “Prezident İlham Əliyev prezident seçilib, habelə Azərbaycan Demokratik Respublikasının 100 illiyi qeyd edilib.

2018-ci ildə dövlət büdcəsinin xərclənməsinə nəzarət həyata keçirilib. Bu müddətdə 58 yoxlama nəzarət tədbiri keçirilib, bunun 53-ü audit tədbirləri olub. Maliyyə hesabatları ətraflı təhlil edilib. Maliyyə inzibatçılıq sahəsində mövcud olan nöqsanlar 53 audit tədbirləri ilə aşkar edilib. Ümumilikdə 2018-ci ildə 714 nöqsan aşkar edilib. Kollegiya qərarlarından nöqsanların aradan qaldırılmasının vacibliyi qeyd edilib".

O, qeyd edib ki, hesabat ilində 9 iş hüquq-mühafizə orqanlarına göndərilib. Bu işlərdən 4-ü inzibati, 5-i isə cinayət xarakterli olub. Onun sözlərinə görə, 2018-ci ildə Hesablama Palatasına vətəndaşların müraciəti əvvəlki illə müqayisədə çox olub və bu da müsbət hadisədir.

2018-ci ildə Hesablama Palatası iki xarici ölkə auditi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Hazırda hesabatın təqdimatı davam edir.


Müəllif: Cavad

Oxşar xəbərlər