9 Aprel 2019 13:23
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatasının hesabatı daha geniş və əhatəlidir. Qurumun fəaliyyəti bilavasitə maliyyə nəzarətini həyata keçirmək və aşkarlığın təmin edilməsidir. Bizim üçün daha vacib olan maliyyə nəzarətidir. Əvvəlki çıxışlarımda qeyd etmişəm ki, ölkəmizdə maliyyə şoku yaşanmamalıdır. Əvvəlki illərdə Beynəlxalq Bankla bağlı problem yaşanmışdı.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə Hesablama Palatasının 2018-ci illə bağlı hesabatının müzakirəsi zamanı deputat Əflatun Amaşov deyib.

Mətbuat Şurasının sədri əlavə edib ki, Hesablama Palatası nöqsan və qüsurları aşkar edərək ortaya qoyur: “Eləcə də öz fəaliyyətində beynəlxalq standartlara uyğun qurur, fəaliyyətini təkmilləşdirir”.

Amaşov xatırladıb ki, neçə illərdir Palatanın hesabatlarını diqqətlə izləyir: “Hər dəfə palata nöqsanlar aşkar edir və təkliflər səsləndirir. Amma təəssüflər olsun ki, aidiyyəti qurumlar bu təklifləri nəzərə almır. Əgər təkliflər nəzərə alınsaydı, növbəti hesabat dövründə bu qədər qüsurlar müəyyən olmazdı. Arzu edirəm ki, qarşıdakı illərdə qurumun hesabatlarını müsbət dəyərləndirmək üçün də əsaslar tapaq”.


Müəllif: Cavad

Oxşar xəbərlər