“Azərbaycan Çindən yeni hərbi sistemlər alıb”.
Teleqraf.com xəbər verir ki, bunu hərbi ekspert Rəşad Süleymanov deyib.
Ekspert Ermənistanın da Çindən silah-sursat almaq cəhdlərinə diqqət çəkib:
“Yaxın vaxtlarda ordumuzda Çində istehsal edilən bir neçə innovasiyalı sistemləri görəcəyik. Ermənistan Çinə, Hindistana çox üz tutdu. “Drakon” – Çindən bir şey qopara bilmədi. Azərbaycan isə pulunu verib aldı.
Çinin digər sahələrdə məhsulları keyfiyyətsiz olsa da, müdafiə sənayesində dünyanın çox ilkləri bu dövlətə məxsusdur. Qeyd edim ki, Çin 2010-cu ildən hər il Azərbaycana hərbi yardımlar çərçivəsində müəyyən məhsullar tədarük edir”.