10 Aprel 2019 16:17
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyində Bakı şəhəri 162 nömrəli tam orta məktəbinin şagirdinin intihar etməsilə bağlı iclas keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, iclasda hadisənin təfərrüatlarının araşdırılması məqsədilə yaradılan xüsusi komissiyanın üzvləri və Təhsil Nazirliyi aparatının rəhbər şəxsləri iştirak ediblər.

İclasda komissiya üzvlərinin məlumatları dinlənilib və xidməti araşdırmanın nəticələri qərar qəbul edilmək üçün təhsil nazirinə təqdim edilib.

Xatırladaq ki, aprelin 4-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində 162 nömrəli tam orta məktəbdə baş verən hadisənin xidməti araşdırılması üçün müvafiq komissiya yaradılıb, aprelin 6-da Bakı şəhəri Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər