12 Aprel 2019 10:25
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtdakı 162 nömrəli tam orta məktəbdə kamera sistemi mövcuddur. Hər hansı xüsusi hal baş verərsə, görüntülərin hüquq mühafizə orqanlarına təqdim edilməsi mümkündür.

Bu fikirləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi Teleqraf.com-un 162 nömrəli tam orta məktəbdə 8-ci sinif şagirdi Elina Hacıyevanın intihar anının videosunun məktəb rəhbərliyi tərəfindən, yaxud hansı formada yayıldığına dair sorğuya cavab olaraq bildirib.

Vurğulanıb ki, başqa hallarda həmin görüntülərin yayılması və kənar şəxslərə təqdim edilməsi yolverilməzdir.

Məktəbin direktorunun müvəqqəti olaraq vəzifədən uzaqlaşdırılsa da, hadisə ətrafında gərginlik azalan kimi vəzifəyə bərpa ediləcəyinə dair iddiaları isə Bakı Şəhəri üzrə Təhsil İdarəsi belə cablandırıb: “Məktəbin direktoru Sevinc Abbasovanın araşdırma müddətində işdən kənarlaşdırılması barədə rəsmi qaydada verilmiş məlumat KİV-də dərc olunub və həmin məlumatda məsələnin təfərrüatları kifayət qədər aydın ifadə olunub”.

Xatırladaq ki, aprelin 6-da Bakı Şəhər Prokurorluğu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi məktəbdə baş vermiş hadisə ilə bağlı yaydığı birgə məlumatda qeyd olunur ki, Bakı Şəhər Prokurorluğunda müvafiq istintaq tədbirləri həyata keçirilir.

Qeyd edilib ki, aparılan istintaq tədbirləri nəticəsində hadisənin baş vermə səbəbləri tam aydınlaşdırılacaq və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər