17 Aprel 2019 13:50
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə San-Marino Respublikasının Azərbaycana yeni təyin edilmiş fəxri konsulu Rasim Qasımovu qəbul edib.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Rasim Qasımov fəxri konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər