20 Aprel 2019 09:34
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tbilisidə “Qafqaz bölgəsində regional enerji təhlükəsizliyi” mövzusunda simpozium keçirilib.

Teleqraf.com Azərtac-a istinadla xəbər verir ki, tədbir “Naval Postgraduate School’s Energy academic Group” və NATO-nun Enerji Təhlükəsizliyi Mərkəzinin maliyyə dəstəyi ilə nazirliyin Levan Mikeladze adına Diplomatik Təhsil və Araşdırma İnstitutunda təşkil edilib.

Simpoziumun əsas məqsədi regional enerji təhlükəsizliyinin, regional koordinasiya və əməkdaşlığın, eləcə də, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsidir.

Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natiya Turnava açılış mərasimində çıxış edərək ölkəsinin əsas energetika planları və enerji təhlükəsizliyindəki rolu barədə danışıb.

Simpoziumda iştirak edən Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov ölkəmizin regional və Avropanın enerji təhlükəsizliyindəki rolu, Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələr barədə məlumat verib.

Tədbirdə Türkiyənin Gürcüstandakı səfiri Ftama Ceren Yazqan, ABŞ-ın Gürcüstandakı səfiri səlahiyyətlərini icra edən Ross Uilson, digər diplomatlar və energetika sahəsi üzrə mütəxəssislər iştirak ediblər.

İştirakçılar toplantı çərçivəsində NATO-nun enerji təhlükəsizliyindəki rolu, kibertəhlükəsizlik, böyük əhəmiyyət kəsb edən enerji infrastrukturunun mühafizəsi, geosiyasət və energetika, enerji infrastrukturunun xüsusilə vacib sahələrinin müdafiəsi və digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər