Ermənistanın paytaxtı İrəvanda müxtəlif məktəblərin müəllimləri Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər.
Teleqraf.com-un news.am-a istinadən verdiyi məlumata görə, etirazçılar təhsil naziri Armen Aşotyandan müəllimlərin əmək haqlarından yeni tətbiq olunan icbari pensiya ödənişlərinin tutulmamasını tələb ediblər.
Aksiya iştirakçılarına “Mən əleyhinəyəm” vətəndaş hərəkatının üzvləri də qoşulub. Əraziyə çoxlu sayda polis əməkdaşları cəlb olunub. Onlar etirazçıların binaya daxil olmalarına imkan verməyiblər.
Etiraz edən müəllimlərdən biri Ofeliya Artünyan deyi: “Bu biabırçılıqdır. Mən cəmi 32 min dram maaş alıram, bu məbləğdən 2 min dram tutulacaq. Bizə verilən maaşın müqabilində bu çox böyük məbləğdir”.
O bildirib ki, onların etirazına reaksiya verilməzsə, müəllimlər tətil keçirəcəklər.