24 Aprel 2019 09:14
1 767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın birinci prezidenti Leonid Kuçma Moskvanı Kiyevin maraqlarını qarşılamağa çağırıb.

Teleqraf.com xəbər verir ki, keçmiş prezidentin fikrincə, Donbasda və bütövlükdə Ukraynada problemlərin dialoq vasitəsi ilə həlli sınaqdan çıxarılmalııdr.

Leonid Kuçma yaxşı münasibətlər üçün qarşılıqlı səyin göstərilməsini vacib hesab edir: "Bir tərəf bu istiqamətdə addım atsa, o biri tərəf durub baxsa, bu münasibətlər alına bilməz".

Bu ara daha bir sabiq - Petro Poroşenkodan öncəki Ukrayna prezidenti, Maydan hərəkatı ilə ölkədən qaçmağa məcbur olmuş Viktor Yanukoviçin geri qayıtmaq istəyi məlum olub.

Bu barədə onun vəkili Vitali Serdyuk açıqlama verib. Vəkil sabiq dövlət başçısına qarşı qaldırılmış cinayət işinin ləğvini istəyib: "Viktor Yanukoviç Rusiya ərazisində müvəqqəti və məcburi məskunlaşıb. Onun müdafiəçiləri çalışırlar Yanukoviçin hüquqları bərpa olunsun, sübuta yetirilsin ki, ona qarşı ittihamlar hüquqi yox, siyasidir".

Qeyd edək ki, Viktor Yanokoviç Vladimir Zelenskini prezident seçilməsi münasibəti ilə təbrik edib, ukraynalıların ondan sülh və çiçəklənmə gözlədiyini vurğulayıb.


Müəllif: Mahir

Oxşar xəbərlər