Bakıda Formula 2 yarışlarının sıralanma turu başa çatıb.
"Carlin" komandasının pilotu Nobuhari Matsuşita Bakıda keçirilən Formula 2 yarışında sıralama turunun qalibi olub.
“ART Grand Prix” komandasının təmsilçisi Nik de Vries ikinci, “UNİ-Virtuosi”nin pilotu Luka Qiotti isə üçüncü yeri tutublar.
Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 28-dək davam edəcək.
Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır./trend/