1 May 2019 12:41
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla sərhəd məsələsinin zamanında həll olunmasına ehtiyac var”.

Bunu Gürcüstan Prezidenti Salome Zurabişvili “Amerikanın səsi” radiosunun Gürcüstan xidmətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstanın bu məsələ ilə bağlı təsəvvürü var: “Lakin mən detalları açıqlamayacağam. Sovet İttifaqının sonuna yaxın, 1938-ci ilin xəritələrinə əsasən, inzibati sərhəd olan sərhəd mövcud idi. O zamandan sonra yeni xəritələr olmayıb. Hüquqi prinsiplərdən çıxış edərək, bu, adi qərardır. Daha sonra bu barədə razılığa gəlmək olar. Yekun olaraq mövqe elə də kəskin olmur, lakin bu, bizim ilkin mövqeyimizdir və bizim dostlarımıza məlumdur”.

S.Zurabişvili həmçinin Keşikçi Dağı (David Qareci) məbədinə ziyarətinə də aydınlıq gətirib: “Yeni bir şeyin baş verdiyini demək düzgün deyil. Mən məbədi əvvəllər də ziyarət etmişəm. Tarixi düşüncəli vətənpərvər olduqlarını iddia edən şəxslərin məbədə ziyarətimi müəyyən təxribatın tərkib hissəsi olduğunu bildirmələrinə çox təəccüblənirəm. Prezident ölkədə olan hər hansı bir yerə səfər etməməlidir? Bəzi reaksiyalara çox təəccüblənirəm”./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər