30 Aprel 2014 10:17
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran həbsxanalarında cəza çəkən 5 azərbaycanlı məhbus Azərbaycana təhvil verilib.

Teleqraf.com İRNA-ya istinadən bildirir ki, proses İran və Azərbaycan arasında məhbusların mübadiləsi haqqında imzalanmış müqaviləyə əsasən həyata keçirilib.

Bundan sonra onlar həbs cəzalarının qalan hissəsini Azərbaycan həbsxanalarında çəkəcəklər.

Ancaq həmin məhbusların İran tərəfindən Azərbaycana nə vaxt təhvil verildiyi, nədə təqsirləndirilərək həbs cəzası aldıqları açıqlanmayıb.


Müəllif: Teleqraf.com