2 May 2019 15:46
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dəqiq transformativ fəaliyyət üçün mədəniyyətlərarası dialoqun səfərbər olunması” mövzunda təşkil olunan konfransda Uruqvay Respublikasının Xarici işlər naziri Rodolfo Nin Novoa da çıxış etdi.

Teleqraf.com xəbər verir ki, Nin Novoa çıxışının əvvəlində Uruqvay dövlətindən Azərbaycana salam çatırdı. Nazir dinlərarası fərqlilikdən bəhs edərkən qonaqların diqqətini bir məqama çəlb etdi. O qeyd etdi ki, istənilən şəxs üçün fərqli nəzər, dünya görüşü ilk baxışdan çox itələyici görünsə də, vaxt keçdikcə bu rəngarəngliyə maraq göstərməyə başlayır.

Odur ki, bu gün Uruqvay hakimiyyəti ölkəyə gələn mühacirlərə humanistlik və mehribanlıq göstərməyə çalışır. Tarix boyu bir çox faciələrə şahidlik edən Uruqvayın bu gün Latın Amerikasının ən çox inkişaf etmiş ölkələrindən olduğunu vurğuladı. Əgər yaxın keçmişədək bu ölkədə qullara rast gəlinirdisə, hazırda dövlət qanunvericiliyinə əsasən bütün vətəndaşlar bərabərhüquqludurlar. Rodolfo Nin Nonova çıxışının sonunda bildirdi ki, Uruqvay bu forumu dəstəkləyir, təhlükəsiz dünyanın qurulması üçün əsas addımlardan biri sayır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər