3 May 2019 12:56
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı peşəkar hazırlanıb. Bu sahədə qanunuvercilik və maarifləndirici sahədə tədbirlər görülüb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elmira Axundova İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı haqqında danışarkən deyib.

Deputat Milli Koordinatorun fəaliyyətinİ müsbət qiymətləndirdiyini əlavə edib, eyni zamanda bəzi məqamlarla bağlı fikirlərini açıqlayıb:

“Hesabatda dilənçilik edən 450 uşaq haqqında qeyd edilib. Hesab edirəm ki, bu uşaqlar da məcburi əməyə cəlb edilmiş sayılmalıdır. Çünki onlar küçəyə təsadüfən çıxmır”.

Deputat əlavə edib ki, insan orqanları alveri insan alverinin yeni formasıdır və bu, istiqamətdə hesabata salınmalıdır: “Bizim qanunvericiliyə görə, böyrək, qaraciyər transplantasiyası ancaq yaxın ailə üzvləri arasında ola bilər”.

Elmira Axundova əlavə edib ki, insan alveri modern vasitələrlə də yayılır. O cümlədən internet və sosial şəbəkələrdə.


Müəllif: Cavad

Oxşar xəbərlər