3 May 2019 13:45
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qlobal çağırışların mövcud olduğu dünyada birgə işləmək mütləqdir. Bu gün Avropa durmadan inkişaf edir. Azərbaycan uğurlu xarici siyasət yürüdür".

Teleqraf.com az xəbər verir ki, bu sözləri Avropa İttifaqının Azərbaycandaki Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" sessiyasında çıxışı zamanı qeyd edib.

Yankauskas vurğulayıb ki, Avropa İttifaqı təhlükəsizlik sahəsində bir çox missiyalar həyata keçirir: "Bizim qurum təsis olunduqdan sonra ən böyük sülh dövrünü yaşayıb. Buna səbəb müxtəlif dövlətin bir-birinə olan maraqlarıdır. Bu da bizim üçün vacibdir. Çünki yaradılan sabitlik münaqişənin qarşısını alır".

O, həmçinin qeyd edib ki, bu il "Şərq Tərəfdaşlığı" proqramının 10 illiyi qeyd olunacaq: "Azərbaycan da bu proqramın üzvüdür. Bilirik ki, təhlüksəzilik, müstəqillik və ərazi bütövlüyü partnyorlarımız üçün önəmlidir. Avropa İttifaqı qloballaşan dünyada bütün əməkdaşlarını bundan sonra da birgə fəaliyyətə dəvət edir."


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər