3 May 2019 13:55
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Orta məktəb uşaqlarını şikəst edirlər. Uşaqların da, anaların da beli əyilib. Biz də məktəbə getmişik. Bu nədir? Bu məsələnin çıxış yolu tapılmalıdır".

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı deputat Aqil Abbas deyib.

Deputat bildirib ki, məktəbə gedən nəvələrinin məktəb çantalarını götürə bilmir: "Belə işlərə son qoymaq lazımdır".

Aqil Abbas sonda akademik İsa Həbibəyliyə müraciət edərək bu problemin Təhsil Nazirliyi ilə müzakirə etməyi təklif edib.


Müəllif: Cavad

Oxşar xəbərlər