"Zəlzələdə zərərçəkmiş evlərin əksəriyyəti fiziki köhnəlməyə məruz qalmış evlərdir və artıq istismar müddəti başa çatıb".
Teleqraf.com xəbər verir ki, bu sözləri Şamaxı rayonunun icra başçısı Tahir Məmmədov deyib.
Onun sözlərinə görə, yeni evlər tikinti normalarına uyğun tikilir.
Ağsu rayonunun icra başçısı Ənvər Seyidəliyev bildirib ki, rayonda zəlzələdən zərər çəkmiş evlərin yerində tikilən binalar əsaslı şəkildə, bütün texniki parametrlərə cavab verir, Fövqəladə Hallar Nazirliyi tərəfindən bütün tikintilərə nəzarət olunur və zəlzələyə davamlı evlər tikilir.