9 May 2019 09:23
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2018-ci ilin 11 aprel seçkilərinin nəticələri bir daha sübut etdi ki, Azərbaycan cəmiyyəti uzun illərin sərt sınaqlarından üzüağ çıxaraq yüksək etimad qazanmış Heydər Əliyev siyasətinə sadiqdir”.

Teleqraf.com-un xəbərinə görə, bu fikirlər Baş Nazir Novruz Məmmədovun “Zəmanəni qabaqlayan fenomen – Heydər Əliyev dühası” adlı məqaləsində yer alıb.

“Cəmiyyətdə mütləq çoxluğun lider olaraq qəbul etdiyi Prezident İlham Əliyev ölkəmizin perspektiv inkişafı üçün qarşıda duran strateji hədəfləri inamla gerçəkləşdirmək, Azərbaycanı yaxın illərdə ən müasir və inkişaf etmiş dövlətə çevirmək istiqamətində əzmlə, yorulmadan, qətiyyətlə çalışır. Heç şübhə yoxdur ki, müstəqil Azərbaycanı qarşıdan gələn illərdə daha böyük nailiyyətlər gözləyir”, - N.Məmmədov əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər