14 May 2019 15:03
668
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Belçika Krallığındakı səfirliyinin yeni binasının açılış mərasimi olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva özünün “Tvitter” hesabında bildirib.

O qeyd edib ki, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib:

“Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Belçika Krallığında Azərbaycan səfirliyinin yeni inşa olunmuş binasının açılışı olub. Azərbaycan bayrağı səfirliyin binası qarşısında qürurla dalğalanır!”


Müəllif: Səxavət