14 May 2019 19:43
1 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tapdıq Əliyev Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri təyin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovmayın 14-də bununla bağlı fərman imzalayıb.

Fərmanla Tapdıq Vaqif oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri təyin edilib.

Qeyd edək ki, T.Əliyev bundan əvvəl Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.


Müəllif: Teleqraf.com