15 May 2019 21:45
614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda "Səbail"də çıxış edən qanalı futbolçu Maykl Essyen Bakıdakı Avropa Liqasının final matçından əvvəl İngiltərənin "Çelsi" klubunun azarkeşlərinə müraciət edib.

Teleqraf.com-un məlumatına görə, təcrübəli yarımmüdafiəçi keçmiş komandasına "Arsenal"la keçirəcəyi qarşılaşmada dəstək istəyib. O, üç aydır yaşadığı Bakını çox sevdiyini vurğulayaraq bütün "Çelsi" fanatlarını Azərbaycan paytaxtına dəvət edib.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 23:00-da başlanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər