Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfərə yola düşüb.
Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində E.Məmmədyarov Fransa rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.