30 Aprel 2014 11:17
1 509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işaxtaran və işsiz vətəndaşların münasib işlə təmin olunması məqsədilə respublikanın bölgələrində aktiv məşğulluq tədbiri olan əmək yarmarkalarını davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, növbəti əmək yarmarkası mayın 1-də İsmayıllı rayonunda keçiriləcək.

Əmək yarmarkasında rayon ərazisində fəaliyyət göstərən 90-dək idarə, müəssisə, təşkilat tərəfindən 200-dən çox boş (vakant) iş yerinin çıxarılması nəzərdə tutulur.

Həmçinin yarmarkada boş iş yerləri təklif edilməklə yanaşı, işaxtaran və işsiz vətəndaşların mövcud əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına və haqqı ödənilən ictimai işlərə cəlb olunması üçün onların qeydiyyata alınması da təmin ediləcək.

Qeyd edək ki, cari ilin may ayında Yardımlı, Qobustan, Şəki rayonlarında və Naftalan şəhərində, növbəti aylarda digər bölgələrdə əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur.

Naibə


Müəllif: Teleqraf.com