19 May 2019 03:05
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avroviziya-2019 musiqi yarıması başa çatıb. Müsabiqənin qalibi Hollandiya təmsilçisi olub. Azərbaycanı müsabiqədə təmsil edən Çingiz Mustafayev isə 297 xalla 7-ci yeri tutub. İlk onluqda bu ölkələr yer alıb:

1. Hollandiya - 492

2. İtaliya - 465

3. Rusiya - 369

4. İsveçrə - 360

5. Norveç - 338

6. İsveç - 332

7. Azərbaycan - 297

8. Şimali Makedoniya - 295

9. Avstraliya - 285

10. İslandiya - 234

02.08

Avroviziya-2019-a qatılan iştirkçılara səsvermə başa çatdı.

01.12

Hazırda bütün Avropanın diqqəti İsrailin paytaxtı Tel-Əviv şəhərində keçirilən Avroviziya-2019 beynəlxalq mahnı müsabiqəsindədir.

Teleqraf.com xəbər verir ki, yarışmada ölkəmizi 20-ci nömrə altında təmsil edən müğənni Çingiz Mustafayev səhnədə möhtəşəm perfomans sərgiləyib. Çingiz Avropa tamaşaçısına ifası ilə "Həqiqət"i (Truth) çatdırıb.

Bu dəqiqələrdə isə mahnı yarışmasında səsverməyə start verilib.

Azərbaycandan veriləcək səsləri İTV-nin canlı efirindən Xalq artisti Faiq Ağayev fransız dilində elan edəcək. Verilən ballar müsabiqə iştirakçılarının aktivinə əlavə ediləcək.

23.25

İsrailin paytaxtı Təl-Əvivdə Avroviziya-2019 mahnı müsabiqəsinin finalı 23:00-da başlayıb.

Teleqraf.com xəbər verir ki, Çingiz Mustafayev final günü səhnəyə şousunun ikinci hissəsində çıxacaq. Təmsilçimiz Çingiz Mustafayev finalda 20-ci nömrə altında çıxış edəcək.

Qeyd edək ki, Azərbaycanla yanaşı, Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə, Malta,Yunanıstan, Belarus, Serbiya, Kirp, Estoniya, Çexiya, Avstraliya, San Marino, İslandiya və Sloveniya təmsilçiləri finala keçmək şansı qazanıb.

Ç.Mustafayev Avroviziya-2019-un favoritlərindən hesab edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər